Qadınlara sevgi nəğməsi

Qadınlara sevgi nəğməsi - Poeziya

05 Mart 2026Baxış: 2024

8 mart Bayramınız mübarək olsun, əziz qadınlar!!!


Gül-çiçəklə sizi təbrik edirəm
Güllər kimi gözəlsiniz qadınlar
Çöhrənizdir sanki bəyaz buludlar
Təbiətin yaraşığı qadınlar,

Sizə uzun ömür sağ can istərəm
Üzünüzə gülsün həyat, qadınlar,
Sülhsevər dünyamızın yaraşığı
Ürəklərin gur işığı qadınlar,

Süfrələrdə səliqəsi, bəzəyi
Ətirlidir qadınların xörəyi
Zəhmətləri çox hörmətlə anılar
Dünya kimi çox şirindir qadınlar.

Lazım gəlsə ömrümüzü verərik
Çətinlikdən sizi xilas edərik
Vüqarlısız, qürurlusuz ,qadınlar
Dünyamızda sizə yüksək qiymət var.

Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi

 

Xəbəri Hilal informasiya portalından alın.