İnsan resurslarının auditi

İnsan resurslarının auditi

İnsan resurslarının auiditi müəssisədə bu fəaliyyətin normativ hüquqi sənədlərə və tələblərə uyğunluğunun yoxlanılmasını əhatə edir. Yoxlama nəticəsində resursun güclü və zəif tərəfləri, müəssisənin uğurlu fəaliyyəti üçün səmərəliliyi dəyərləndirilir.

Audit zamanı nəzərdən keçirilən bəzi sənədlərin siyahısı:

Hazırda işləyənlər:

  • İşçilərin işə qəbul ərizələri
  • Əmək müqavilələri (dəyişikliklər əlavə razılaşmalarda)- müvafiq əmrlər
  • Müvafiq ixtisas yönümlü təhsili təsdiq edən sənədin mövcudluğu və məhkumluğun olmaması barədə arayışlar.
  • Elektron sistemdə əmək müqaviləsi bildirişlərinin mövcudluğu
  • Məzuniyyət ərizələri və müvafiq əmrlər
  • Ezamiyyət əmrləri və əmrlərə müvafiq vərəqələrinin mövcudluğu
  • Əmək kitabçalarında son əmrə dair qeydlər
  • İşçilərin cəzalandırılması ilə bağlı qərarlar və uçot sistemi
  • Mükafatlandırma ilə bağlı qərarlar və uçot sistemi
  • Ştat cədvəlləri ilə mövcud vəzifələrin uyğunluğu
  • Filialların və şöbələrin təsdiq edilmiş əsasnamələri
  • Vəzifə təlimatlarının mövcudluğu və işçilərin müvafiq imzaları
  • Tam maddi məsuliyyət haqqında müqavilələrinin mövcudluğu
  • Sosial məzuniyyətlərlə bağlı müvafiq sənədlərin mövcudluğu (analıq məzuniyyəti, 3 yaşına çatmayan uşağa qulluğa görə, xəstəlik, təhsil və.s)
  • İcbari tibbi sığortanın mövcudluğu
  • Əməyin təhlükəsizliyi ilə bağlı müvafiq təlimat jurnallarının mövcudluğu və onların müntəzəm aparılması ilə qeydlər
  • Maraqlar toqquşması

 

Əvvəlki işçilər:

  • İşdən azad olma ilə bağlı ərizələrin, əmrlərin mövcudluğu (o cümlədən digər sənədlər)- elektron sistemlə uyğunluq.
  • Əmək kitabçasının təhvil verilməsi barədə qeydlər
  • Arxiv materiallarının mövcudluğu-şəxsi işlərin sayı

Top