Menyu
İslam alimləri
Əqidə araşdırmaları
Təqvim və saat


Bazar, 20 May 2012

May 2012
B B.e Ç.a Ç C.a C Ş


1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31


Warning: Invalid argument supplied for foreach() in /home/hilal/public_html/side_left.php(25) : eval()'d code(1) : eval()'d code on line 1
Admin və Yazar Girişi
İstifadəçi Adı

Şifrə





Bağışlayan və Mehriban Allahın adı ilə
Biz 21-ci əsrdə yaşayırıq. Bu əsrin ən xarakterik xüsusiyyəti isə bəlkə də, bəşəri mədəniyyətlərin bir-birilə yaşamaq uğrunda apardıqları mübarizənin əvvəlki dövrlərə nisbətən daha da dərinləşməsidir. Bu qarşıdurma, yəni mədəniyyətlərin qarşıdurması bəşəriyyətin digər mübarizələrindən fərqlənir.Çünki bu mübarizədə ölən və yaralanan insan deyil, onun bağlı olduğu dəyərlər və yaratdığı mədəni sərvətlərdir.
3-ci Hissə - İLAHİ DİN MƏFHUMU
Deməli, ağlın, obyektiv gerçəkliyi, yəni bir həqiqəti bütün yönlərilə anlamaqdan aciz olması, elə həmin ağlın hökmü ilə ağılların fövqündə olan bir varlığın insanlara qanun qoyma zərurətinə yetişirik. Obyektiv gerçəklik dedikdə - bir məsələnin təhlilinə bütün yönləri və cəhətləri ilə yanaşmağı bacarmaq, bilmək, hər şeyi nəzərə almaq və məsələni düzgün təhlil etmək başa düşülür. Biz keçən hissədə isbat etdik ki, xüsusilə, ruhi və cismi yönlərilə insanın tam kəşf edilməsində ağıl obyektiv gerçəkliyi dərk etməkdən acizdir. Çünki ağıl elmə, düşüncəyə, təfəkkürə tabedir, insanın təfəkkürü və düşüncəsi isə nisbidir. İnsan həqiqətləri zaman-zaman kəşf edir, yaşa dolduqca bir çox həqiqətləri anlayır. Zaman keçdikcə həqiqətləri mərhələli dərk etmə prosesi həm insanın öz fərdi həyatında, həm də bütünlükdə bəşər tarixində davam edir. Bu isə o deməkdir ki, bir zaman daxilində bir məsələnin, xüsusilə insan həqiqətinin bütün yönlərinin tamamilə dərk olunması mümkün deyildir. Ona görə də ağıl bütünlüklə insanın ruhi və cismani yönlərinə cavab verən qanunlar icad edə bilməz. Bu zaman biz belə bir nəticəyə yetişirik ki, deməli ağılların fövqündə olan varlıq insanlara qanun qoymalıdır. Həmin varlıq insanları yaradan və yaratdığına görə də, onları ruhi və cismani yönlərilə ən cüzi təfərrüatlara qədər çox gözəl tanıyan Allahdır.
hilal - 02/16/2011 06:46:10 · Davamı · 316 Oxunub · Çap et
Qanunsuz qanun
Dini əqidə məsələsi çox həssas bir məsələdir. O qədər həssasdır ki, hətta dünyəvi qanunlar da dini əqidə ilə bağlı hüquqların, o cümlədən uşaqların dini tərbiyəsi və dini geyimlərlə bağlı hüquqların qorunmasını dünyəvi dövlətin və dünyəvi cəmiyyətin prinsiplərindən biri hesab edir.
hilal - 12/29/2010 05:38:41 · Davamı · 265 Oxunub · Çap et
QADIN ALVERİ
«Qadın alveri» – bu ifadəyə artıq demək olar ki, gündəlik həyatımızda hər gün rast gəlirik, mətbuatda bu problem dönə-dönə işıqlandırılır. Cinsi və əmək istismarını nəzərdə tutan insan alveri aktual bir problemdir. İnsan alveri bütün regionlara və dünyanın əksər ölkələrinə təsir göstərir. Həm kişilər, həm də qadınlar insan alverinin qurbanlarına çevrilə bilərlər, lakin bütün dünyada bu bəlanın əsas qurbanları qadınlar və qızlardır ki, onların da əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunurlar. İnsan alveri ilə məşğul olanlar əsasən qadınları hədəf seçirlər, çünki onlar bu və digər dərəcədə kasıbçılıq və cinsi ayrı-seçkiliyin təsirinə məruz qalırlar ki, bu da onların məşğulluq, təhsil almaq və digər resurslardan istifadə etmək imkanlarının qarşısını alır.
Mərkəzi və Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyində (MŞA/MDB), eləcə də dünyada qadın hüquq müdafiəçiləri qadınlardan seks industriyasında alver predmeti kimi istifadə olunmasını insan hüquqlarının pozulması və gender zəmnində baş verən zorakılar kimi vurğulayırlar. MŞA/MDB ölkələrindən olan qadınlar dünyanın bütün ölkələrinə rəsmi və qeyri-rəsmi yolla alver məqsədilə aparılırlar. Bəzi hallarda qadınlar insan alveri biznesinin əsasını təşkil edən amansız iş şəraiti və zorakılıqdan xəbərsiz halda seks industriyasında çalışmaq üçün xarici ölkələrə üz tuturlar.
hilal - 11/29/2010 21:48:06 · Davamı · 323 Oxunub · Çap et
Hz.Məhəmmədin islami hərəkatında kəşfiyyatın rolu
Kəşfiyyatçılar gizli cəbhənin əsgərləridirlər. Onların həyatı maraqlı olduğu qədər də təhlükəlidir. Bəzən bu insanlar bir əmri gözləyərək elə bu şəkildə də vəfat edə bilirlər. Onlar şərə də xidmət eləyirlər, xeyirə də. Yetər ki, hansı cəbhənin əsgəri olduğunu həmin şəxs özü üçün müəyyənləşdirmiş olsun. Sonda isə böyük ehtimalla eyni aqibət gözləyir hər iki cəbhənin əsgərlərini: ölüm! Lakin Allahın nizamının hakim olmasını arzulayan və bu yolda ölən bir casusu Cənnət, digərini isə əbədi olaraq zəlil olacağı Cəhənnəm gözləyir. İslam tarixi, həyatını çətinliklərlə dolu kəşfiyyat işinə vəqf edən qorxmaz əsgərlərlə zəngindir. Bu məqalədə həm onlardan bəhs edəcək, həm də onların rəhbəri olan Hz.Məhəmməd (s)-ın islami hərəkatında casusluğun hansı dərəcədə önəmli bir iş olduğunu anlamış olacağıq.
Bir dövlətin və yaxud ordunun qələbə çalması üçün lazım olan ən mühüm amillərdən biri də kəşfiyyat şəbəkəsinin mövcudluğudur. Hz.Məhəmməd (s) da bir ordu komandiri kimi, şübhəsiz ki, casus sisteminin faydalarından xəbərsiz deyildi. Biz İslam tarixini araşdırdığımız zaman peyğəmbərimizin qurmuş olduğu şəbəkənin İslam dövlətinin yaranmasında və yaşamasında nə kimi rolu olduğunu da anlamış oluruq. İfşa olunduqları təqdirdə aqibətlərinin ölüm olacağını dəqiq bilən həmin könüllü müsəlman casuslar şəhadət şüuruna dərindən yiyələndikləri üçün heç kimdən qorxmamış, ölümün gözünə dik baxmağı bacarmışdılar.İslam tarixini araşdıran tədqiqatçılar İslam peyğəmbərinin, ardıcıllarının az olmasına baxmayaraq, döyüşlərdən qalib olaraq ayrılmasını bir neçə amillərlə əlaqələndirirlər ki, bunlardan biri də məhz casus şəbəkəsinin saat kimi dəqiq mexanizm əsasında işləməsidir. Hz.Məhəmməd (s) özü bu şəbəkəyə rəhbərlik edir və casusların gətirdiyi məlumatları hərbi şurada müzakirəyə çıxarırdı. Müşavirə əsnasında alına qərar ordunun və dövlətin hərəkət strategiyasını da müəyyən etmiş olurdu.
hilal - 11/08/2010 01:00:48 · Davamı · 354 Oxunub · Çap et
2-ci Hissə - İLAHİ DİN MƏFHUMU
İlahi din məfhumu deyildikdə Allahın hər bir şeyi bir qanun və ölçü üzərində yaratması nəzərdə tutulur. Xilqət aləmində olan hər bir mövcudatın tabe olduğu nizam onun dinidir. Bir-birini tamamlayacaq və bir-birinə müvafiq gələcək şəkildə ayrı-ayrı ölçülərin fəaliyyətindən nizam meydana gəlir. Məsələn: bir ağacın özünəməxsus bir dini, yəni tabe olduğu bir nizam vardır. Ağacın müxtəlif mərhələlərində gördüyümüz inkişaf prosesləri bir nizam üzərində cərəyan edir. Ağacın müxtəlif hissələrini - budağını, yarpağını, kökünü araşdırsaq, hər birinin özünəməxsus ölçüləri vardır. Bu ölçülər bir-birilərinə əks şəkildə deyil, əksinə bir-birilərinə müvafiq bir şəkildə, müəyyən bir nizam yaradırlar. Ağacın müəyyən mərhələlərdən keçərək, barvermə mərhələsinə çatması müəyyən bir dinin, nizamın nəticəsidir.
hilal - 11/03/2010 15:37:43 · Davamı · 306 Oxunub · Çap et
VƏHDƏT FƏALİYYƏTİ
Tarixdə və günümüzdə müsəlmanları birləşdirməyi özlərinə müqəddəs bir vəzifə hesab edən mübarizə ruhiyyəli insanlar olmuşdur. Bu insanlar tarix səhifələrinə təqrib lideri (yaxınlaşdırma öndəri) və vəhdət carçısı kimi düşmüşlər. Burada onların bioqrafiyalarını vermək fikrimiz yoxdur, lakin gələcək nəsillərə örnək olması üçün onlardan bəzilərinin fəaliyyətlərindən bir qismini burada təqdim edəcəyik. Bu fəaliyyətlər bir çox hallarda müsəlman alimləri tərəfindən kitab və məqalə yazmaq, bu haqda bəyanatlar vermək və çıxışlar etmək vasitəsilə yerinə yetirilirdisə, sonradan bu, özünü təşkilatlanmalar şəklində göstərdi. Biz burada məzhəblərarası yaxınlaşmanı məqsəd güdən müsəlman təşkilatlarından bəziləri haqqında söhbət açacağıq.Prof. Dr. Xeyrəddin Karaman belə demişdir: “Keçmişdə və indiki vaxtda şiələr ilə sünnilər arasındakı etiqadi və əməli məzhəb fərqlərini şişirdərək, yaxşı və ya pis niyyətlə bu iki camianı bir-birindən uzaq dayanmasına cəhd göstərənlər olduğu kimi, keyfiyyət və kəmiyyət baxımından daha önəmli və hakim olan ortaq inanc və əməl sahəsi üzərində israr edərək bu iki məzhəb mənsublarını bir-birinə yaxınlaşdırmağa və bir-birilə qaynayıb-qarışmağa cəhd edənlər də olmuşdur.Xüsusilə birinci dünya müharibəsindən sonra İslam ölkələri əcnəbilərin işğalına məruz qalıb müstəmləkə halına gəlincə, hər iki camianın mütəfəkkirləri qurtuluş yolları axtarmış və bunun ilk şərtinin "İslam birliyi"nin reallaşması olduğunda görüş birliyinə varmışdılar. Eyni məqsədlə 19-cu əsrin sonlarında Cəmaləddin Əfqaninin etdiyi cəhdlər 1940-cı illərdə yenidən canlandırılmış, İslam birliyinə bir qapı, bir yol olmaq üzrə məzhəblər və mənsubları arasında bir yaxınlaşma təmin etmə fəaliyyətlərinə girişilmişdir.
hilal - 11/03/2010 12:07:40 · Davamı · 320 Oxunub · Çap et
TƏQVA
İslam dinində ən çox işlədilən terminlərdən biri təqva ifadəsidir. Bu sözü demək olar ki, Qurani-Kərimin hər bir səhifəsində görə bilərik.
Təqva, mübarək Ramazan ayında oruc tutmağın əsl hədəfidir. Allah-Təala belə buyurur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Bəqərə/183)
Təqva təkcə oruc tutmağın əsl məqsədi deyil, bütün ibadətlərdən məqsəd təqvaya yetişməkdir. Bu haqda da Allah-Təala belə buyurmuşdur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!” (Bəqərə/21)
Təqva ərəb dili lüğətində “özünü xətərdən çəkindirmək” mənasındadır. Deməli, insan həyatını təhdid edən xətərlər vardır və bu xətərlərdən çəkinməyə təqva deyilir. Təqvanın üzə çıxma səbəbi xətərə görə qorxu hiss etmək olduğuna görə, bəzən təqva kəliməsi qorxu mənasında işlədilir.
Quranın bir çox ayələrində “Vəttəqullah”, yəni “Allahdan qorxun” deyə buyrulmuşdur. Bunun mənası bu deyil ki, “Allahdan çəkinin” və yaxud da Allah Özü qorxulu bir varlıq deyildir ki, Ondan qorxub, çəkinək. Bu sözün (“Vəttəqullah”) mənası budur ki, “Allahın verəcəyi əzabın xətərindən qorxun”. Deməli, “Allahdan qorxmaq” insanın pis əməli nəticəsində ona veriləcək cəzadan qorxması mənasındadır.
hilal - 10/16/2010 23:16:37 · Davamı · 336 Oxunub · Çap et
SALAM BİRLƏŞDİRİR
İslam ədəbiyyatlarında “Salam vermək” haqqında bir çox hədis nəql edilmişdir. Həmin hədislərdə müsəlmanların bir-birinə salam verməsinə çox təkid olunmuş və bu əməlin gözəl əxlaqi keyfiyyət olduğu bildirilmişdir. İmam Əli (Ona Allahın salamı olsun) belə buyurmuşdur: “Salam vermək gözəl əxlaqdan irəli gəlir” (“Ğurərul-Hikəm”, hədis: 3404).
Salam vermək müqəddəs İslam dininin rəhmət və mehribanlıq nişanəsidir. Allah rəsulu (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur: “Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır” (“Kənzul-Ummal”, hədis: 25242.).
Salam müsəlmanların bir-birlərinə sülh və əmin-amanlıq diləmələridir. Salam müsəlmanların bir-birlərinə etdikləri xoş bir duadır. Onlar bir-birlərinə sülh və əmin-amanlığı dua etdikləri halda, qəlblərində Salam verdikləri şəxsə (və ya şəxslərə) qarşı kin saxlayarlarsa, deməli, onlar bu dualarında səmimi deyildirlər.
hilal - 10/16/2010 23:08:23 · Davamı · 274 Oxunub · Çap et
1-ci Hissə - QURANDA DİN KƏLMƏSİ
Ərəb lüğətində din kəlməsi bir neçə mənada işlədilmişdir. “Lisani ərəb” kitabında (“Lisani ərəb” kitabı - bütün ərəb sözlərinin mənalarını ehtiva edən lüğət kitabıdır) “din” bir çox mənaları – qanun, şəriət, adət-ənənə, hər hansı bir şəxsin fikri, yolu, həyat tərzi, sistem və s. mənaları (10-dan çox mənanı) ifadə edir. Quran və hədislərdə isə “din” kəlməsi əsasən 3 mənanı ifadə edir.
hilal - 10/15/2010 04:02:13 · Davamı · 352 Oxunub · Çap et
MƏTBU ORQAN
Ölkəmizdə və vətənimizdən xaricdə dərc edilən müxtəlif dini mətbu orqanlarla yaxından tanış olduqda, bunlardan bir çoxunun yazılarından hansısa bir məzhəbin mətbu orqanı olması aydınlaşır.Bu da təbii bir haldır. Ancaq hər bir məzhəb nümayəndəsi özünə və özününkünə açıq, digərinə qarşı isə qapalı bir mətbu orqan olduqda “vahid İslam ümməti” ifadəsi yalnız zehinlərdə məfhum olaraq qalacaq və bu birliyin əməli birlik olması müsəlmanlar üçün çox uzaq olan bir vəhdət xəyalına çevriləcəkdir.Sünninin və Şiənin birgə mətbu orqan təsis edərək, bu vəsilə ilə vahid dəyərləri cəmiyyət üçün işıqlandırması, əməli vəhdətin yaranmasında bazis rolunu oynayır. Belə bir mətbu orqanın təsis edilməsi hər iki məzhəb nümayəndələrinin birliyinə xidmət edir. Belə ki, bütün müsəlmanlar “Sünni jurnalı” və ya “Şiə jurnalı” demədən bir ümmət jurnalını oxumaqla, müsəlmanlar üzərində oynanılan çirkin oyunları görə bilər və ümumi olaraq islami bilgilərini artırıb vahid mövqeyə sahib ola bilərlər. Müxtəlif məzhəb nümayəndələrinin bir-birlərinə yaxınlaşmasında bu işin, yəni birgə mətbu orqan təsis etməyin çox böyük faydası vardır.Qeyd etdiyimiz hər üç sahə də öz-özlüyündə çox mühümdür. Ancaq sırf vəhdət mövzusunda bir mətbu orqanın təsis edilməsi son dərəcə önəmlidir. İlahiyyatçı Ceyhun Qədirov “Dialoqun dəyəri” adlı məqaləsində belə yazır: “Vəhdət üçün atılacaq real addımlardan biri də hər iki məzhəbdən olan nümayəndələrin birlikdə vəhdət mövzusunda mətbu orqan təsis etmələridir.
hilal - 09/03/2010 15:41:14 · Davamı · 281 Oxunub · Çap et
USTADIN SON GECƏSİ
Yuxusunda İslam peyğəmbəri Hz.Muhəmməd(s)-i görmüşdü. Və anlamışdı ki, axirət qapısını aralayacağı gün uzaqda deyil.Çox sevdiyi və hər zaman haqlarının müdafiəçisi olduğu Əhli-Beyt (ə)-a qovuşacağı günü hər zamankından daha artıq arzulamağa başlamışdı böyük Ustad.
Bu gecə isə o çox qəribə hisslər keçirirdi. Qəlbi izah olunmaz duyğuların əsirinə çevrilmişdi. Saatlar idi ki qələmi də ürəyi kimi təlatümlər içində çırpınırdı və saatlar idi ki qarşısındakı kağıza bircə kəlmə də olsun yaza bilmirdi. Xəyalları onu öz ardınca haralara aparmırdı ki?! Öncə uşaqlıq illərini xatırlamışdı...
Mürtəza Mütəhhəri 1920-ci ilin fevral ayında Xorasanın Fəriman qəsəbəsində dindar bir ailədə dünyaya göz açmışdı. 12 yaşına qədər orta məktəbdə təhsil almış, sonra isə Məşhəd Dini Elmlər Hövzəsinə daxil olaraq öz biliyini burada dərinləşdirmişdi.
Növbədə gəncliyi idi. Sıxıntı və elmin ağuşunda keçən, lakin onun formalaşmasında əsas dövrü təşkil edən günlərini xatırlamışdı Ustad həmin gecə.....
1938-ci ildə gənc Mütəhhəri Məşhəddən Quma yollandı. Rza şahın din alimlərinə qarşı apardığı sərt mübarizə onun ruhaniliyə olan marağını aradan apara bilməmişdi. O, dövlətin din tələbələrinə ayırdığı məhdud məvaciblə yaşamağın yaratdığı çətinliklərə səbr edə-edə geridə qoymuşdu həyatının o şirinli-acılı 15 ilini. Allaha olan sonsuz imanı və ustadları idi onu çətinliklər qarşısında sınmağa qoymayan.
hilal - 08/31/2010 09:34:28 · Davamı · 430 Oxunub · Çap et
Səhifə 1 - 9 1 2 3 4 > >>
Quran vəhyindən
Sual göndər
Sual - Cavab
Yazarlarımız
c.qadirov@hilal.az Ceyhun Qədirov
a.imanzade@hilal.az Anar İmanzadə
orkhan.abd@hilal.az Orxan Abdullah
info@hilal.az İlqar Mustafayev
info@hilal.az Bəxtiyar Kazımov
info@hilal.az Lamiyə Zeynalova
Multimedia
Kitabxana
Azan sədaları
İmam Əli (ə) buyurub:
“O millətin ki, su və torpağı vardır, lakin öz ərzaqlarını başqalarından alırsa, Haqqın rəhmətindən uzaqdır”.